...

Sabah bu rayonlarda qaz olmayacaq

Energetika Materials 14 İyul 2015 19:24 (UTC +04:00)
“Qaz İxrac” İdarəsinin Abşeron, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah bu rayonlarda qaz olmayacaq

Azərbaycan, Bakı, 14 iyul /Trend/

"Qaz İxrac" İdarəsinin Abşeron, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, iyulun 15-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Səngəçal", Ağdam Magistral qaz kəmərləri sahəsinin "Əhmədbəyli" və "Horadiz", Qazax Magistral qaz kəmərləri sahəsinin "Şəmkir" Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şəmkir və Füzuli rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Təmir işlərinin Qaradağ rayonunun Səngəçal və Sahil qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti