...

“Maersk Drilling” “Şahdəniz” yatağı üzrə müqaviləni uzatdı (ƏLAVƏ OLUNUB)

Energetika Materials 20 İyul 2015 10:39 (UTC +04:00)
Danimarkanın “Maersk Drilling” şirkəti Heydər Əliyev adına qazma qurğusunun istismarı ilə bağlı müqavilənin müddətini 2021-ci ilin may ayına kimi uzatdı.
“Maersk Drilling” “Şahdəniz” yatağı üzrə müqaviləni uzatdı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Danimarkanın "Maersk Drilling" şirkəti Heydər Əliyev adına qazma qurğusunun istismarı ilə bağlı müqavilənin müddətini 2021-ci ilin may ayına kimi uzadıb.

Trend bu barədə şirkətin saytında dərc olunan məlumata əsasən xəbər verir.

Müqavilə müddətinin uzadılmasının təqribi dəyəri 523 milyon dollar həcmində qiymətləndirilir.

Məlumatda deyilir ki, şirkət Xəzər dənizində "Şahdəniz" yatağında hasilat işlərini davam etdirəcək: "Yeni müqavilə 2016-cı ildə müddəti bitən mövcud sazişin davamıdır".

"Maersk Drilling" şirkətinin baş direktoru və İdarə heyətinin üzvü Klaus Hemminqsen bildirib ki, müqavilənin müddətinin uzadılmasına görə şaddır: "Heydər Əliyev adına qazma qurğusunda istismarla bağlı müqavilənin müddətinin uzadılmasına görə çox şadıq. BP ilə əməkdaşlığımızın davam edəcəyinə ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti