...

Qazma işlərinin hamısı istismara aid olub

Energetika Materials 4 Avqust 2015 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

2015-ci ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9188 metr qazma işi həyata keçirib.

Trend SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 62 624 metr qazma işi görülüb ki, bunun da 61 624 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, iyul ayı ərzində qazmadan alınmış 7 quyu, ilin əvvəlindən isə 42 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti