...

SOCAR rəhbərliyi Petkim yarımadasında olub (FOTO)

Energetika Materials 8 Sentyabr 2015 15:35 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə” İdarə Heyətinin sədri Vaqif Əliyev, İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanıb.
SOCAR rəhbərliyi Petkim yarımadasında olub (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiyə" İdarə Heyətinin sədri Vaqif Əliyev, İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanıb.

Trend Şirkətin saytına istinadən məlumat verir ki, SOCAR rəhbərliyinə 30 faiz tikinti işləri yekunlaşmış STAR Neft Emalı Zavodu, oktyabr ayında birinci fazası yekunlaşacaq Petlim Limanı və cari ilin ilk 6 ayında xalis gəliri 232 milyon Türk lirəsi həcmində olan "Petkim"lə əlaqədar təqdimatlar nümayiş etdirilib.

R.Abdullayev aldığı məlumatlardan sonra görülən işlərlə bağlı fikirlərini bildirib və qeyd edib ki, ''Petkim" neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşıb, məhsuldarlıq yüksək səviyyəyə çatıb. STAR Neft Emalı Zavodunda işlər qrafikə uyğun davam etdirilir ki, bu da təqdirəlayiq halqdır. SOCAR prezidenti Petlim Limanının yaxın vaxtlarda istismara başlayacağına əminliyini bildirib və qeyd edib ki, bu layihədə zaman faktorundan səmərli yararlanmaq bizim üçün mühüm nailiyyətdir.

Təqdimatlardan sonra R.Abdullayev və onu müşayiət edən Şirkət rəhbərliyinin nümayəndələri STAR Neft Emalı Zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak ediblər. Mərasimdən sonra SOCAR rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə baxış keçiriblər.

Səfər zamanı SOCAR rəhbərliyini "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz, baş icraçı direktorun birinci müavini Samir Kərimli və "Petkim"in baş direktoru Sadəddin Qorqud müşayiət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti