Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Türkiyə ölkəyə tədarük edilən Rusiya qazının qiyməti məsələsi üzrə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, müraciət oktyabrın 26-da edilib.
Qeyd edək ki, BOTAŞ bu ilin martında Rusiyadan Türkiyəyə tədarük edilən qaz üçün 15 faiz həcmində endirim etməyi gözləyirdi. Lakin "Qazprom" yalnız Türkiyənin özəl şirkətlərinə endirim etməyə razılaşmışdı.