...

Boris Tadiç: "Serbiyanın "Cənub Qaz Dəhlizi"nə qoşulmasını istərdim"

Energetika Materials 10 Mart 2016 15:29 (UTC +04:00)
"Prezident olduğum dövrdə Azərbaycanla daha yaxşı münasibətlər qurmağa çalışırdım".
Boris Tadiç: "Serbiyanın "Cənub Qaz Dəhlizi"nə qoşulmasını istərdim"

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

"Prezident olduğum dövrdə Azərbaycanla daha yaxşı münasibətlər qurmağa çalışırdım. Bizim indi yeni hökumətimiz, yeni prezidentimiz var və mənim başladığım işi çox yaxşı şəkildə davam etdirir". Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Serbiyanın keçmiş Prezidenti Boris Tadiç deyib.

Sabiq Prezident bildirib ki, Azərbaycanla Serbiya arasında çox oxşarlıqlar var: "Hər iki ölkənin spesifik geostrateji mövqeyi çox oxşardır. Biz Kosova və Dağlıq Qarabağ məsələsində bəzi oxşar çətinliklərlə üzləşmişik".

B.Tadiç əlavə edib ki, Azərbaycan neft-qaz, enerji sahəsində mühüm rol oynayır: "Qafqaz həm də neft və qazın bütün Avropa İttifaqı ölkələrinə daşınmasında dəhliz rolunu oynayır. Biz ötən il Azərbaycanla strateji tərəfdaşlığa dair sənəd imzalamışıq. Azərbaycanın bir sıra tikinti şirkətləri Serbiyada fəaliyyət göstərir. Lakin enerji sahəsində əməkdaşlıq üçün də böyük potensialımız var. Mən Serbiyanın "Cənub Qaz Dəhlizi"nə qoşulmasını istərdim. Biz bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə də danışmışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti