...

ABŞ səfiri: "Cənub qaz dəhlizi" Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır

Energetika Materials 6 May 2016 13:51 (UTC +04:00)
Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsi Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır.
ABŞ səfiri: "Cənub qaz dəhlizi" Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsi Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Onun sözlərinə görə, ABŞ Avropa İttifaqı və Azərbaycanla "Cənub qaz dəhlizi" üzrə işləri davam etdirir: "Bu yaxınlarda neft sahəsində Aİ ilə yeni müzakirələr keçirilib. Bu müzakirələrin mühüm hissəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunması mövzusu olub. Müzakirələr zamanı Azərbaycanın bu sahədə vacib rol oynadığı xüsusilə vurğulanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti