...

İyunda dünya bazarında xam neftin qiymətləri

Energetika Materials 2 İyul 2016 11:09 (UTC +04:00)

Bakı. Trend:

İyun ayında dünya bazarında xam neftin qiymətləri açıqlanıb. Trend SOCAr-ın saytına istinadən məlumat verir ki, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,34 dollara, Urals nefti 47,15 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,41 dollara satılıb.

Həmin dönəmdə SOCAR xam neft ixracını azaldıb. Belə ki, SOCAR 2016-cı ilin iyun ayında Novorossiysk limanından 159 574 ton, Supsa limanından 176 120 ton, Ceyhan limanından 1 340 337 ton xam neft ixrac edib.

Ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 479 073 ton (ötən ilin analoji dövründə 678,05 min ton), Supsa limanından 1 217 067 ton (1,52 milyon ton), Ceyhan limanından 8 536 793 ton (9,2 milyon ton), Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti