...

Sabirabadın kəndinə təbii qaz verilib

Energetika Materials 23 Avqust 2016 19:34 (UTC +04:00)
Hazırda rayonun daha bir neçə kəndində tikinti-quraşdırma işləri davam etdirilir.
Sabirabadın kəndinə təbii qaz verilib

Bakı. Trend:

Sabirabadın Muradbəyli kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Kənddə 139 abonentin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda rayonun Türkədi, Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti