Bakı. Yelena Kosolapova - Trend:
BP-nin Transanadolu boru kəməri (TANAP) layihəsində 12 faizlik payın maliyyələşdirilməsi ilə bağlı problemi olmayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici əlaqələr və strateji münasibətlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib
Onun sözlərinə görə, BP TANAP və TAP layihələrini tərk etməyi planlaşdırmır:
"Şirkət ən azı bir neçə onilliklər ərzində Azərbaycan bazarında qalmağı planlaşdırır".