Bakı. Maksim Tsurkov – Trend:
SOCAR işçilərinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün Bakının Xətai rayonundakı M.Hadi küçəsində yeni yaşayış binasını istifadəyə verib.
Binanın istismara verilməsi mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər nümayəndələri iştirak ediblər.
Yeni 9 mərtəbəli 4 bloklu yaşayış binasında 144 mənzil var. Binanın ümumi yaşayış sahəsi 12 726 kvadratmetrdir.
Bina bütün kommunal şəbəkə və kommunikasiyalara qoşulub.