...

SOCAR Türkiyədə yeni terminal alır

Energetika Materials 10 Oktyabr 2016 17:56 (UTC +04:00)
SOCAR İzmirdə OMV Petrol Ofisi terminalının əldə edilməsi barədə razılığa gəlib.
SOCAR Türkiyədə yeni terminal alır

Bakı. Azad Həsənli – Trend:

SOCAR İzmirdə OMV Petrol Ofisi terminalının əldə edilməsi barədə razılığa gəlib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu "SOCAR Turkey Energy"in baş direktoru Zaur Qəhrəmanov deyib.

Onun sözlərinə görə, terminal əldə edildikdən sonra SOCAR-ın Türkiyəyə investisiyaları 18 milyard dollara çatacaq.

Z.Qəhrəmanov qeyd edib ki, saziş 2016-cı ilin sonunadək imzalana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti