...

"BP-Azerbaijan" Azərbaycanın neft-qaz layihələrinə yatırılan investisiyanın həcmini açıqladı - 66 milyard dollar (YENİLƏNİB)

Energetika Materials 1 İyun 2017 14:52 (UTC +04:00)
BP və tərəfdaşlarının Azərbaycanın neft-qaz layihələrinə ümumi investisiyası 66 milyard dollar təşkil edir
"BP-Azerbaijan" Azərbaycanın neft-qaz layihələrinə yatırılan investisiyanın həcmini açıqladı - 66 milyard dollar (YENİLƏNİB)

İlk xəbər saat 13:57-də yayımlanıb

Bakı. Trend:

BP və tərəfdaşlarının Azərbaycanın neft-qaz layihələrinə ümumi investisiyası 66 milyard dollar təşkil edir.

Trend-in məlumatına görə, bunu “Caspian Oil & Gas 2017” Beynəlxalq konfransında “BP-Azerbaijan” şirkətinin “Cənub qaz dəhlizi” üzrə vitse-prezidenti Co Merfi deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda olmasından çox məmnundur ki, bu məmnunluq da özünü çoxsaylı uğurlu layihələrdə göstərir.

"Şah Dəniz-2" layihəsindən də danışan C.Merfi əlavə edib ki, layihə ilə bağlı heç bir problem yoxdur, ilk qaz 2018-ci ildə hasil ediləcək və ixrac ediləcək.

Xəbər lenti

Xəbər lenti