Bakı. Trend:
Avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10184 metr qazma işi həyata keçirilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 10130 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93646 metr qazma işi görülüb ki, bunun da 87208 metri istismara, 6438 metri isə kəşfiyyata aid olub.
Avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.