...

Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrı təmir edilib

Energetika Materials 15 Sentyabr 2017 17:48 (UTC +04:00)
İlkin еmаl qurğusunun bir çox hissələri təmir edilib və ya yenisi ilə əvəzlənib, 2 ədəd nasos quraşdırılıb
Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrı təmir edilib

Bakı. Trend:

Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrı təmir edilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, zavodun əsаs tехnоlоji qurğulаrındа - 55 nömrəli katalitik krekinq, 21 nömrəli ilkin еmаl, 43 nömrəli kokslaşdırma və 31 nömrəli katalitik riforminq qurğulаrında qrafikə uyğun olaraq illik təmir işləri aparılıb.

İlkin еmаl qurğusunun bir çox hissələri təmir edilib və ya yenisi ilə əvəzlənib, 2 ədəd nasos quraşdırılıb. Hazırda qurğu 650 m3/saat məhsuldarlıqla istismar olunur və texniki göstəricilər tələb olunan normalara uyğundur.

Katalitik krekinq qurğusunda korroziyaya uğrayan hissələr dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti