...

Rövnəq Abdullayev: “Özbəkneftqaz”la birgə layihələrin həyata keçirilməsi üçün böyük perspektivlər var (FOTO)

Energetika Materials 17 Noyabr 2017 16:01
SOCAR-da Özbəkistan Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanovla görüş keçirilib.
Rövnəq Abdullayev: “Özbəkneftqaz”la birgə layihələrin həyata keçirilməsi üçün böyük perspektivlər var (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov arasında görüş keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, R.Abdullayev qonağı Özbəkistanın Baş nazirinin müavini təyin edilməsi münasibəti ilə təbrik edib, yeni vəzifəsində ona daha böyük müvəffəqiyyətlər arzulayıb.

A.Sultanov Azərbaycana yenidən səfər etməkdən məmnun olduğunu söyləyib, qeyd edib ki, Özbəkistan qardaş Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövcud imkanlardan tam istifadə olunmasında maraqlıdır. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən söz açıb, Azərbaycan dövlətinin başçısının Özbəkistanla energetika, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bəyan etdiyini söyləyib. SOCAR-ın “Özbəkneftqaz” üçün doğma şirkət olduğunu vurğulayan A.Sultanov iki şirkət arasında davam edən uğurlu əməkdaşlığı həqiqi qardaşlıq nümunəsi adlandırıb.

R.Abdullayev Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələrdə öncül rol oynadığını xatırladaraq, bu layihələr çərçivəsində qazanılan təcrübə və nailiyyətlərin “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın inkişafında faydalı olacağını və gələcək layihələr üçün etibarlı zəmin yaradacağını söyləyib. O, qeyd etmişdir ki, “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə neft-qaz layihələrinin həyata keçirilməsi üçün böyük perspektivlər var və iki şirkətin ekspertləri bu perspektivləri səylə araşdırıblar. R.Abdullayev şirkətlər arasında mövcud Memorandum çərçivəsində diqqət mərkəzində olan istiqamətlərdə konkret fəaliyyətlərə tezliklə start veriləcəyinə əminliyini ifadə edib.

A.Sultanov nəzərdə tutulan istiqamətlər üzrə işçi qruplarının yaradılmasını əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş olduğunu bildirib, gələcək birgə layihələrin Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət edəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər üzrə ətraflı müzakirə və fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti