...

Azərbaycan nefti 3 dollar bahalaşıb

Energetika Materials 10 May 2018 23:00 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,99 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 9-da 73,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 9-da 77,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti