Bakı. Maksim Tsurkov - Trend:
“Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin işə salınması mərasimi mayın 29-da Bakıda keçiriləcək.
Trend-in məlumatına görə, layihənin birinci mərhələsi ilə qazın “Şahdəniz” yatağından Cənubi Qafqaz, daha sonra Transanadolu (TANAP) boru kəmərləri vasitəsilə Əskişəhərə çatdırılması nəzərdə tutulur.
Qeyd olunur ki, qaz Əskişəhərə iyunun 12-də çatacaq və həmin tarixdə TANAP-ın açılış mərasimi keçiriləcək.