...

Azərbaycan neftinin son qiymətində ucuzlaşma olub

Energetika Materials 16 İyun 2018 15:02 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,99 dollar/barel təşkil edib
Azərbaycan neftinin son qiymətində ucuzlaşma olub

Bakı. Azad Həsənli - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,99 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 2,71 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 15-də 70,73 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,7 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 15-də 72,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,56 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti