...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 9 İyul 2018 22:59 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 78,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 6-da 77,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 6-da 73,99 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,54 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 6-da 75,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,32 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti