...

Azərbaycan nefti bahalaşır

Energetika Materials 26 Sentyabr 2018 23:40 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 83,56 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 83,56 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,35 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 82,80 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 25-də 79,93 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 25-də 82,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,45 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti