...

Qətər OPEK-dən çıxacaq

Energetika Materials 3 Dekabr 2018 10:39 (UTC +04:00)

Bakı. Trend:

Qətər OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq.

Trend-in məlumatına görə, Qətərin energetika və sənaye naziri Saad bin Şrida əl-Kaabi deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşır.

Qeyd edək ki, OPEK 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb.

Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.

Xatırladaq ki, 2007-ci ildə İndoneziya OPEK-i tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti