Bakı. Trend:
Equinor şirkəti Əşrəfi-Dan Ulduzu-Aypara (ƏDUA) kəşfiyyat sahəsində 2-Ölçülü/3-Ölçülü seysmik tədqiqat işlərinin operatoru olaraq Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı ictimaiyyətə təqdim edir.
Şirkətdən Trend-ə verilən məlumata görə, 17 dekabr 2018-ci il tarixdən etibarən ƏDUA üzrə ƏMTQ sənədlərinin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
-Equinor şirkətinin Bakıda yerləşən ofisinin qəbul şöbəsi, Ü. Hacıbəyli küç., 62, Marine Plaza biznes mərkəzi
-M.F. Axundov adına Milli Kitabxana, Xaqani küç., 29
-Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Hüseyn Cavid k., 31
-Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanası, Azadlıq prospekti 20
-Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B. Ağayev küç., 100a
-Pirallahı Kütləvi kitabxanası filial № 2, Suleyman Bağırov küç., V. Mustafazadə adına Pirallahi Mədəniyyət evi
-Neft Daşları kitabxanası, Neft Daşları Mədəniyyət evi
-Çilov adası, Rasim İbrəhimov adına 131 saylı orta məktəb, Dmitri Kisilyov küç.,1
Bundan əlavə, Azərbaycan və İngilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi Equinor-un veb səhifəsində (https://www.equinor.com/en/how-and-why/impact-assessments.html) yerləşdirilib.
Şərhlərinizi https://www.equinor.com/en/how-and-why/impact-assessments.html səhifəsinə daxil olmaqla və [email protected] ünvanına elektron məktub göndərməklə 21 yanvar 2019-cu il tarixinə qədər təqdim edə bilərsiniz.