...

Türkan qəsəbəsi qazsız qalıb - Hasar xəttin üzərinə aşıb (FOTO)

Energetika Materials 5 Noyabr 2019 16:20 (UTC +04:00)
Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.
Türkan qəsəbəsi qazsız qalıb - Hasar xəttin üzərinə aşıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000 dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti