...

Azərbaycan neftinin qiyməti dəyişdi

Energetika Materials 22 Noyabr 2019 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 68,14 dollar/barel təşkil edib
Azərbaycan neftinin qiyməti dəyişdi

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 68,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,42 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti