Bakı. Trend:
Səudiyyə Ərəbistanının suveren fondu sayılan İctimai İnvestisiya Fondu (Public Investment Fund, PIF) neftin qiymətinin düşməsi və koronavirus pandemiyası şəraitində onların kotirovkalarının azaldılmasından faydalanaraq Avropanın neft və qaz şirkətlərinin səhm paketlərini almağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzetinin elektron versiyasında xəbər verilib.
Bildirilir ki, fond son həftələrdə Norveçin "Equinor", inqilis-holland "Royal Dutch Shell", Fransanın "Total" və İtaliyanın "Eni" şirkətlərinin təxminən 1 milyard dollarlıq səhm paketlərini əldə edib. Martın 30-dan aprelin 6-dək "PİF" təxminən 14,5 milyon dəyərində ən böyük payı Norveçin özünə məxsus olan "Equinor" şirkətinin səhmlərini alaraq bu müəssisənin 12-ci ən böyük səhmdarına çevrilib.
Nəşr yazır ki, "Equinor" səhmləri bu ilin əvvəlindən 23 faiz, "Royal Dutch Shell", "Total" və "Eni" şirkətləri isə qiymətli kağızlarının müvafiq olaraq 35, 31 və 33 faiz dəyərlərini itiriblər. Qəzet qeyd edir ki, Brent markalı neftin barreli bu il 52 faiz ucuzlaşıb.
Oxşar sövdələşmələrin davam etməsi Səudiyyə Ərəbistanının rəsmiləri tərəfindən təqdim edilən bir mənbəyə istinadən verilən məlumata görə istisna edilmir.