...

"Qum Dəniz" yatağında neft hasilatı artıb

Energetika Materials 4 Yanvar 2021 12:52 (UTC +04:00)
"Qum Dəniz" yatağında neft hasilatı artıb

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ilin noyabrında "Qum Dəniz" yatağında neft hasilatı sutkada 597 barel təşkil edib ki, bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə 103 barel çoxdur.

Trend bu barədə ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, hasilatda artım "South GD" quyusunda elektrik nasosların təkrar quraşdırılması, GD 371 quyusunda isə elektrik nasoslarının dəyişdirilməsi hesabına baş verib.

Xatırladaq ki, 2020-ci ilin üçüncü rübündə "Qum Dəniz" yatağında neft hasilatı gündə orta hesabla 456 barel/sutkada neft təşkil edib ki, bu da 2020-ci ilin ikinci rübünə nisbətən gündəlik 155 barel az olub. Üçüncü rübdə hasilat planlaşdırılan hədəfdən təqribən sutka ərzində 302 barel aşağı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti