...

Azərbaycanda qaz hasilatı artıb

Energetika Materials 17 Aprel 2021 15:11 (UTC +04:00)
Azərbaycanda qaz hasilatı artıb

Bakı. Fidan Babayeva - Trend:

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda təbii qaz hasilatı 10,5 milyard kubmetri, o cümlədən əmtəə qazının hasilatı 7,8 milyard kubmetri ötüb.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 5,7 və 12 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 8,8 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 7,2 faiz azdır.

2021-ci il aprelin 1-ə olan vəziyyətə görə, hazır neft məhsulları ehtiyatı 412,8 min ton təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti