...

BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr

Energetika Materials 21 Aprel 2021 13:05 (UTC +04:00)
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr

Bakı. Ləman Zeynalova - Trend:

BP şirkəti və Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinə ödənişin artırılması barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bu barədə "Habertürk" agentliyinə məlumatlı mənbələr bildirib.

Qeyd olunur ki, hazırda Türkiyə BTC ilə nəql olunan neftin hər bareli üçün 55 sent komissiya əldə edir, digər ölkələrdə bu rəqəm 1,5-2 dollar arasında dəyişir.

Məlumata əsasən, BP və Ankara Türkiyə üçün rüsumun artırılması üzrə razılaşma əldə edib. Bununla belə mənbələr yeni qiymətləri açıqlamayıb.

"BP Azerbaijan" şirkətindən Trend-ə bildiriblər ki, tranzit yığımları ilə bağlı məlumatlar məxfi olduğu üçün şirkət ətraflı məlumat verə bilmir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti