...

Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)

Energetika Materials 17 May 2021 12:51 (UTC +04:00)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)

Bakı. Samir Əli - Trend:

“Azərişıq” ASC Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib.

Qurumdan Trend-ə verilən məlumata görə, Vətən müharibəsi zamanı təmas xəttinə ən yaxın kənd olduğundan Ağdamın Çıraqlı yaşayış məntəqəsindəki evlərə və eləcə də enerji təsərrüfatına ciddi ziyan dəyib. Kənd ərazisinə çoxlu sayda top və qrad mərmiləri atılıb ki, fərdi yaşayış evlərinə o cümlədən, elektrik enerşisi təchizatı şəbəkəsinə ciddi ziyan dəyib.

Lakin müharibə bitdikdən sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən kəndlərdə dağılmış evlərə dəymiş zərərlərin aradan qaldırılması ilə bərabər Çıraqlı kəndində 10/0.4 kv-luq elektrik şəbəkəsinin yenidən qurmasına başlanıb və hazırda işlər tamamilə yekunlaşıb.

Qeyd edək ki, 70 abonentin yaşadığı Çıraqlı kəndində yeni metal dayaqlar, izoliasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti