...

bp Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb

Energetika Materials 9 İyul 2021 15:31 (UTC +04:00)
bp Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb

Bakı Ləman Zeynalova - Trend:

2020-ci ilin sonunda Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel və ya 1 milyard ton təşkil edib.

Trend bu barədə bp şirkətinin Dünya enerjsinin statistik icmalına istinadən məlumat verir.

bp-nin qiymətləndirməsinə əsasən, dünyada təsdiq olunmuş neft ehtiyatlarının 0,4 faizi Azərbaycanın payına düşüb.

Azərbaycanda 2000-ci ilin sonuda təsdiq olunmuş neft ehtiyatlarının həcmi 1,2 milyard barel səviyyəsində qiymətləndirilirdi. 2010-cu ildən başlayaraq ehtiyatların həcmi 7 milyard barel həcmində sabitləşib.

Ümumilikdə, bp dünyada təsdiq olunmuş neft ehtiyatlarının həcminin 2020-ci ildə 1732,4 trilyon barel həcmində olduğunu bildirib. 2019-cu ildə bu rəqəm 1732,4 trilyon barel təşkil etmişdi.

Dünya neft ehtiyatlarının 85 faizi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrin, 15 faizi İƏİT ölkələrinin, 70,1 faizi OPEC ölkələrinin, 29,9 faizi OPEC-ə daxil olmayan ölkələrin, 0,1 faizi Avropa İttifaqının payına düşür

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti