...

SOCAR-ın təsdiq olunmuş neft ehtiyatları azalıb

Energetika Materials 23 Avqust 2021 16:59 (UTC +04:00)
SOCAR-ın təsdiq olunmuş neft ehtiyatları azalıb

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi təsdiq olunmuş neft ehtiyatları 112,35 milyon ton təşkil edib.

Trend bu barədə SOCAR-ın “Dayanıqlı inkişaf” hesabatına istinadən məlumat verir.

2019-cu ildə SOCAR-ın neft ehtiyatları 120,204 milyon ton təşkil edib.

Azərbaycanda təsdiq olunmuş, işlənməyə cəlb olunmuş və hasil olunan neft ehtiyatları 2019-cu ildə 67,179 milyon tondan 2020-ci ildə 61,311 milyon tonadək azalıb. Eyni zamanda, təsdiq olunmuş, işlənməyə cəlb olunmuş və hasil olunmayan neft ehtiyatları 2019-cu ildə 6,833 milyon tondan 2020-ci ildə 6,755 milyon tonadək azalıb.

Azərbaycanda təsdiq olunmuş və işlənməyə cəlb olunan neft ehtiyatları 2019-cu ildə 74,012 milyon tondan 2020-ci ildə 68,066 milyon tonadək azalıb. Eyni zamanda, təsdiq olunmuş və işlənməyə cəlb olunmayan neft ehtiyatları 2019-cu ildə 46,192 milyon tondan 2020-ci ildə 44,284 milyon tonadək azalıb.

SOCAR-ın təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirməsi "DeGolyer & MacNaugthon" şirkətinin 2020-ci il üzrə məlumatlarına əsaslanıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti