Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz həcmləri alacaq.
Trend-in məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.
O bildirib ki, Türkiyə dünyada enerjiyə tələbatın artması fonunda bu müddətin öhdəsindən rahatlıqla gələcək:
"Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan saziş imzalanıb. Sazişə əsasən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11 milyard kubmetr əlavə təbii qaz əldə olunacaq".
Türkiyəli nazir, həmçinin TPAO və BOTAŞ şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunaraq bu məsələnin gündəmdə olmadığını bildirib.