...

Azərbaycan daha bir beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb

Energetika Materials 28 Oktyabr 2021 11:59 (UTC +04:00)
Azərbaycan daha bir beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb

Bakı. Trend:

"Global Firepower" saytı 2021-ci il üzrə "Global Firepower Index" reytinqini dərc edib.

Trend-in məlumatına görə, Azərbaycan bu reytinqdə 138 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Ötənilki reytinqdə Azərbaycan 64-cü yerdə idi.

Cənubi Qafqazın digər ölkələrinə gəldikdə, Gürcüstan builki reytinqdə 92-ci, Ermənistan isə 100-cü olub.

Qeyd edək ki, "Global Firepower Index" ("Qlobal atəş gücü") reytinqi aviasiya, zirehli texnika, müxtəlif qoşunların göstəriciləri, eləcə də təbii ehtiyatlar, işçi qüvvəsi, nəqliyyat və logistika imkanları da daxil olmaqla 50 amil əsasında tərtib olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti