...

"bp" pandemiya dövründə enerji ehtiyatlarının idarə olunmasında çevik yanaşma tətbiq edən ilk şirkət olub

Energetika Materials 3 Dekabr 2021 13:00 (UTC +04:00)
"bp" pandemiya dövründə enerji ehtiyatlarının idarə olunmasında çevik yanaşma tətbiq edən ilk şirkət olub

Bakı. Sədrəddin Ağcayev - Trend:

"bp" koronavirus pandemiyası dövründə enerji ehtiyatlarının idarə olunmasında çevik yanaşma tətbiq edən ilk şirkət olub.

Trend-in məlumatına görə, bunu "bp"nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli UNEC İqtisadi forumunda panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, "bp"nin neft-qaz sahəsində çevik yanaşma üzrə pilot layihəsi dünyada ilk dəfə Azərbaycanda tətbiq olunub.

"Bu proses şirkətdə 2018-ci ildən başlayıb və bu layihədə 70 nəfərdən ibarət bir komanda iştirak edib. Bundan başqa, hazırda bu layihə çərçivəsində 14 mindən çox insan fəaliyyət göstərir, komanda bu yanaşmaların tətbiqi üzrə 700-dən çox səmərəli üsul yarada bilib", - deyə B.Aslanbəyli bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti