...

ABŞ strateji ehtiyatlarından 18 milyon barel neft satacaq

Energetika Materials 11 Dekabr 2021 06:10 (UTC +04:00)
ABŞ strateji ehtiyatlarından 18 milyon barel neft satacaq

Bakı. Trend:

ABŞ dekabrın 17-dən öz strateji ehtiyatından 18 milyon barel neft satmağa başlamaq niyyətindədir ki, bu da xammal qiymətlərini aşağı salınmasına hədəflənib.

Trend xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Bundan əlavə, ExxonMobil üçün mübadilə mexanizmi çərçivəsində 4,8 milyon barelin buraxılması təsdiqlənib. Şirkət sonradan aldığı nefti tam həcmdə qaytarmalı olacaq.

"Strateji neft ehtiyatından mübadilə və satış, dünyada əsrdə bir dəfə baş verən pandemiyadan sonrakı neft tədarükünün pozulması ilə mübarizə üçün mühüm vasitədir", - deyə nazir Ceniffer Qranholm bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti