Bakı. Trend:
ABŞ Energetika Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ölkənin strateji ehtiyatından 30 milyon barel neft çıxaracağını təsdiqləyib.
Trend xəbər verir ki, nazirlik yaydığı bəyanatda bildirir ki, müvafiq elanı martın 2-də etməyi planlaşdırır.
Vurğulanır ki, bu addım Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan 31 ölkənin qlobal neft bazarlarına Rusiya-Ukrayna böhranı nəticəsində tədarük çatışmazlığının olmayacağına dair siqnal vermək üçün fövqəladə ehtiyatlarından 60 milyon barel neft çıxarmaq razılığı çərçivəsində atılır.