...

Türkiyə Rusiyadan təbii qaz tədarükündə hər hansı bir problem yaşamır - Nazir

Energetika Materials 12 Mart 2022 13:55 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə enerji daşıyıcıları ilə bağlı vəziyyət fonunda Rusiyadan təbii qaz tədarükündə hər hansı bir problem yaşamır.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika naziri Fatih Dönməz deyib.

"Prezident Ərdoğan artıq bəyan edib ki, biz Rusiyaya qarşı sanksiyaların tərəfində olmaq istəmirik. Biz diplomatiyanın tərəfdarıyıq. Qaz tədarükü baxımından hər hansı bir problem yaşamırıq. Türkiyə 1987-ci ildə SSRİ-dən ilk qaz tədarükünü Bakıdan qaz kəməri vasitəsilə alıb, iki il əvvəl isə "Türk axını"nın tikintisi başa çatıb", - deyə nazir bildirib.

F.Dönməz əlavə edib ki, Türkiyədəki ilk, Akkuyu atom elektrik stansiyasının tikintisi ilə bağlı da ləngimələr olmayacaq.

"Bu layihədə "Rosatom" şirkəti faktiki olaraq istehsalçı rolunu oynayır. Onların investisiya öhdəlikləri var. Stansiyanın birinci bloku 2023-cü ildə tamamlanacaq. Daha sonra digər blokların istismarına keçəcəyik. Heç bir ləngimə olmayacaq", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti