...

Gəncədə tullantılardan elektrik enerjisi istehsal olunacaq

Energetika Materials 16 Mart 2022 12:19 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İnvestisiya Şirkəti ilə BƏƏ-nin "Masdar" şirkəti arasında imzalanmış memorandum çərçivəsində Gəncədə bərk məişət tullantılarından elektrik enerjisi istehsalı üzrə layihənin reallaşdırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu layihə ilə bağlı texniki sənədləşmənin hazırlanması üzrə işlər aparılır.

"Azərbaycanda bu cür layihələrin reallaşdırılması ölkəmizin dayanıqlı iqtisadiyyatı və stabil makroiqtisadiyyatı olan vacib oyunçu kimi rolunu artırır. Biz görürük ki, iri enerji şirkətləri Azərbaycan ərazisində layihələrin reallaşdırılmasına və investisiyalara maraq göstərir və onlardan təklif və tövsiyələr almağa davam edirik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti