...

ABŞ strateji ehtiyatlarından gündəlik 1 milyon barel neft götürməyi düşünür

Energetika Materials 31 Mart 2022 07:41 (UTC +04:00)
ABŞ strateji ehtiyatlarından gündəlik 1 milyon barel neft götürməyi düşünür

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası bir neçə ay ərzində strateji ehtiyatdan gündəlik bir milyon barel neft götürməyi düşünür.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, götürülməsi planlaşdırılan neftin ümumi həcmi 108 milyon barrelə çata bilər.

Qeyd olunur ki, ABŞ rəhbərliyi bu cür addımı Ukrayna ətrafında yaranmış vəziyyət fonunda benzinin bahalaşması və enerji daşıyıcılarınıən tədarükünün azalması ilə mübarizə çərçivəsində ata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti