...

Azərbaycan Avropada enerji böhranına son qoyacaq - Türkiyə nəşri

Energetika Materials 16 Aprel 2022 23:16
Azərbaycan Avropada enerji böhranına son qoyacaq - Türkiyə nəşri

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa təlaş içərisində Rusiya qazını əvəz edəcək vasitə axtarır. Bu baxımdan, bir ölkə bir çox ölkələr üçün qaz təchizatı sahəsində həmin alternativ olmağa hazır olduğunu bildirdi.

Trend-in "Haber7" nəşrinə istinadən verdiyi məlumata görə, eyni zamanda, həmin Avropada etiraf edirlər ki, Rusiya qazının çatışmazlığını kompensasiya etmək o qədər də asan olmayacaq:

"Qardaş ölkəmiz Azərbaycan enerji böhranı şəraitində İsveçrə üçün alternativ olmağa hazırlaşır. İsveçrə Qaz Sənayesi Assosiasiyasının bəyanatına görə, Ukrayna münaqişəsinə görə Rusiya qazının Avropaya tədarükü kəsilərsə, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Enerji böhranı yaranacağı təqdirdə İsveçrə Azərbaycan qazını almağa ümid edir.

Azərbaycan Rusiya-Ukrayna münaqişəsi fonunda bir çox ölkələr üçün qaz təchizatı sahəsində alternativ olmağa hazırlaşır. Bu yaxınlarda İsveçrə Qaz Sənayesi Assosiasiyasının nümayəndəsi Tomas Heqqlin bildirib ki, Rusiya qazının Avropaya nəqlində fasilələr yaranarsa, İsveçrə də öz istehlakını azaltmaq məcburiyyətində qalacaq. İsveçrə üçün ən mühüm alternativlərdən biri isə Azərbaycan qazıdır.

Mümkün qaz təchizatı böhranına diqqəti yetirən T.Heqqlin belə davam edib: “Biz buna hazır olmalıyıq. Rusiya qazının çatışmazlığı Avropada ən azı qısa müddətdə və istehlakı azaltmadan tam kompensasiya edilə bilməz. Lakin bu ssenaridə belə, İsveçrə yenə də üstün olacaq. Çünki İsveçrə Azərbaycandan qaz almağa davam edə biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti