...

Liviyada neft ixracının dayandırılması səbəbindən iqtisadi itkilərin həcmi açıqlanıb

Energetika Materials 21 Aprel 2022 03:29 (UTC +04:00)
Liviyada neft ixracının dayandırılması səbəbindən iqtisadi itkilərin həcmi açıqlanıb

Bakı. Trend:

Liviyanın neft ixracını dayandırmasından gündəlik itkiləri 60 milyon dollar təşkil edir.

Trend xəbər verir ki, bunu ölkənin neft və qaz naziri Abdel Hamida Dbeiba Mohammed Aoun deyib.

Onun sözlərinə görə, dünya bazarlarında neftin orta qiymətinin 100 dollardan yuxarı olduğunu nəzərə alsaq, Liviya gündəlik 60 milyon dollar itki ilə üzləşir.

Bununla belə, iqtisadçıların fikrincə, neft hasilatının məcburi dayandırılması və ixrac limanlarının bağlanması nəticəsində ölkənin gündəlik itkiləri artıq 150 milyon dolları ötüb. Bildirilir ki, son yeddi ayda neft infrastrukturunda karbohidrogen hasilatının dayanmasına səbəb olan təxribat aktları nəticəsində Liviya iqtisadiyyatına 90 milyard dollar ziyan dəyib.

Bundan əvvəl nazir ölkədə neft hasilatının sutkada 400 min barelə qədər düşdüyünü bildirmişdir. Bu təxminən 2,5 dəfə azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti