...

İraq İrandan gündəlik qaz idxalını 4 dəfəyədək artırır

Energetika Materials 9 May 2022 02:44 (UTC +04:00)
İraq İrandan gündəlik qaz idxalını 4 dəfəyədək artırır

Bakı. Trend:

Bağdad Tehranla qaz tədarükü ilə bağlı yeni razılaşma imzalayıb.

Trend xəbər verir ki, bu barədə yerli “Əs-Sabah” qəzetinə müsahibəsində İraqın Energetika Nazirliyinin sözçüsü Əhməd Musa bildirib.

Onun sözlərinə görə, İran tərəfi ilə razılaşmaya əsasən, İraqa qaz ixracının həcmi sutkada 8 milyon kubmetrdən 30 milyon kubmetrə yüksələcək.

İraqlı rəsmi həmçinin üç il ərzində ölkəsinin enerji borclarını ödəmək üçün İranla razılaşdığını açıqlayıb.

İin pik aylarında İraqın təxminən 36 min meqavat elektrik enerjisinə ehtiyacı var. Bəzi mənbələrə görə, ötən yay İraqın elektrik enerjisi istehsalı 20 min meqavata çatdırılıb. Bu rekord göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti