...

Bakı Neft Emalı Zavodunda Xəzər regionunun digər ölkələrinin də nefti emal olunacaq

Energetika Materials 3 İyun 2022 15:30 (UTC +04:00)
Bakı Neft Emalı Zavodunda Xəzər regionunun digər ölkələrinin də nefti emal olunacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) 4,3 min ton benzin və təxminən 6,5 min ton dizel yanacağı istehsal olunur.

Trend-in məlumatına görə, bunu Bakı NEZ-in modernləşdirilməsi layihəsinin baş direktorunun müavini Emil Alxaslı deyib.

Onun sözlərinə görə, yeni qurğuların istismara verilməsi ilə əlaqədar bu yanacaq növlərinin istehsalı artacaq.

"Zavodun modernləşdirilməsindən sonra həm Azərbaycan neftini, həm də Xəzər regionunun digər ölkələrinin neftinin emalı nəzərdə tutulur", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti