...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 11 İyun 2022 10:22 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 10-da 128,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,22 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 127,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 87,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,2 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 127,55 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti