...

ABŞ iyulda şist neft hasilatının 1,6% artacağını proqnozlaşdırır

Energetika Materials 14 İyun 2022 01:59 (UTC +04:00)
ABŞ iyulda şist neft hasilatının 1,6% artacağını proqnozlaşdırır

Bakı. Trend:

2022-ci ilin iyul ayında ABŞ-da şist neft hasilatının artımı iyun ayı ilə müqayisədə 143 min barel (1,6%), sutkada 8,901 milyon barrelə qədər (b/s) olacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilib.

İyun ayında şist neftinin faktiki hasilatı agentliyin əvvəlki proqnozda gözlənilən göstəricilərdən bir qədər aşağı olub və 8,761 milyon b/s-ə qarşı 8,758 milyon b/s təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti