Bakı. Trend:
Liviyanın Milli Neft Korporasiyası (NOC) iki həftə ərzində gündəlik neft hasilatını 1,2 milyon barelə (barel/sutkada) çatdırmağı planlaşdırdığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.
NOC hazırda 860 min barel/sutkada xammal istehsal edir. İyunun 11-nə hasilat həcmi 560 min barel/sutkada olub. 2021-ci ildə Liviyada gündəlik 1,2 milyon barel (b/s) hasil edilib. Sonra ölkədəki siyasi iğtişaşlar səbəbindən iki ixrac terminalının və bir neft yatağının işi məhdudlaşdırıldı.
Ötən həftə NOC əsas ixrac limanlarının və yataqlarının yenidən açıldığını elan edib.