...

AÇG-dən SOCAR üçün səmt qazı tədarükü azalıb

Energetika Materials 4 Avqust 2022 14:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin eyni dövründə isə bu 9,1 milyon kubmetr təşkil etmişdi. Beləliklə, SOCAR-a təhvil verilən səmt qazı 1,09 faiz azalıb.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti