Bakı. Trend:
Azərbaycan Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) enerji sektorunun inkişafına texniki dəstək barədə anlaşma memorandumu imzalamağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.
"Biz Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi və "yaşıl" enerji sahəsində çoxtərəfli əməkdaşlığımızın prioritetləri barədə məhsuldar danışıqlar keçirdik. Nazirlik və AYİB enerji sektorunun inkişafına texniki dəstək barədə anlaşma memorandumu imzalamağı planlaşdırır", - nazir yazıb.
(Tərcümə: Orxan Nəbiyev)