...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 1 Oktyabr 2022 09:21 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 91,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,17 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 89,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,78 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 87,82 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,89 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti